Emil Əmiraslanov adlı Bakı sakinibir qrup fırıldaqçının əməlini üzə çıxardıb.

Unikal.org xəbər verir ki, Emilin bizimyol.info-ya verdiyi məlumata görə, onun tanışlarından biri fırıldaqçıların qurbanı olub.

"Dostumun həmyerlisi internetdə bir qızla tanış olub. Xanım pul qarşılığında oğlana intim münasibət təklif edib. Dostumun həmyerlisi xanıma zəng edib və görüş təyin ediblər. Xanım bildirib ki, "Nizami" metrostansiyası yaxınlığında görüşəcəyik. "Nizami" metrostansiyasına gələn zərərçəkənxanımın təklifi ilə binalardan birinin zirzəmisində yerləşən kafelərdən birinə daxil olub. Onlar bir masada əyləşdikdən sonra ofisiant masaya içki gətirib. Təxminən 3 dəqiqədən sonra xanım masadan qalxıb və ofisiant əlində 250 manatlıq hesabla oğlana yaxınlaşıb. Ofisiant bildirib ki, xanım şotland içkisi içib. Elə bu andan sonra oğlanın həmin kafedən çıxması mümkün olmur", - Emil Əmiraslanov bildirib.

Emilin dediyinə görə, həmin məkanda olan qəribə görünüşlü şəxslərpulu verməyənləri döyürlər, işgəncələr verirlər:"Hətta eşitdiyimə görə, bir nəfəri hədələyiblər ki, ya pulu verməlisən, ya da anana zəng edəcəyik və o gələcək bura".

Emi Əmiraslanov Bizimyol.info-ya bildirib ki, o, danışılanların həqiqət olduğunu öyrənmək üçün həmin məkana gedib. O, başına gələnləri çəkdiyi videoda sosial şəbəkə istifadəçiləri üçün danışıb və aidiyyatı qurumların bu məsələ ilə maraqlanmasını xahiş edib.

Daha ətraflı videodan öyrənə bilərsiniz.