"Yenikənd» Su Elektrik Stansiyasında 2016-cı ilin sentyabr ayında 9,5 milyon kilovatsaata yaxın elektrik enerjisi istehsal edilib. 

Bu barədə Unikal.org-a "Azərenerji ASC-nin Mətbuat xidmətindən daxil olan məlumatda bildirilir.

2016-cı ilin 9 ayı ərzində isə bu Su Elektrik Stansiyasında 236,7 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilib.

Avadanlıqların iş səmərəliliyinin artırılması və istismar səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində elektrik enerji istehsalının digər texniki göstəricilərində də yüksək nəticələr əldə edilib.

Hazırda elektrik stansiyası dispetçer qrafikinə uyğun olaraq istismar edilir.

Nəzərdə tutulmuş təmir-bərpa işlərinə gəldikdə isə, stansiyada 2 saylı hidroaqreqatın əsaslı təmiri başa çatdırılmış, 4 sayı hidroaqreqatda isə əsaslı təmir işləri davam etdirilir. Bununla yanaşı, cari ilin son üç ayı ərzidə qrafikdə nəzərdə tutulmuş avadanlıqların texniki xidmət işləri də başa çatdırılıb.

4 hidroaqreqatdan ibarət, ümumi gücü 150 meqavat olan "Yenikənd» Su Elektrik Stansiyası 2000-ci ildə istismara verilib.