Prezident İlaham Əliyev "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında fərman imzalayıb.

Unikal.org xəbər verir ki, fərmanda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanını "Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 29 mart tarixli 1932 nömrəli Sərəncamına uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, â„– 6, maddə 542; 2013, â„– 1, maddə 29, â„– 2, maddə 117, â„– 3, maddə 246, â„– 8, maddə 909, â„– 10, maddə 1155, â„– 12, maddə 1514; 2014, â„– 5, maddələr 477, 487, â„– 9, maddə 1027, â„– 12, maddə 1577; 2015, â„– 3, maddə 271, â„– 9, maddə 1005, â„– 11, maddə 1322, â„– 12, maddə 1448; 2016, â„– 2 (II kitab), maddə 273, â„– 5, maddələr 859, 864, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 sentyabr tarixli 1027 nömrəli Fərmanı) ilə təsdiq edilmiş "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə"də aşağıdakı dəyişikliklər edilsin:

- 4.12.7-ci yarımbənd ("mədəni-maarif idarələrinin işini təşkil etmək") ləğv edilir.
- "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə"yə Əlavə"nin 1-ci bəndindən "Mədəniyyət və Turizm Nazirliyinin," sözləri çıxarılır".