Saxta sənədlər vasitəsilə ölən uşağının adına pul alan Kəlbəcər rayon sakini barəsində cinayət işi başlanıb.

Unikal.org xəbər verir ki, bu barədə "Report"a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Belə ki, Kəlbəcər rayonundan məcburi köçkün olan 1973-cü il təvəllüdlü Bəxtiyar Şəmistan oğlu Əliyev 2009-cu ildə ölən azyaşlı uşağının adına olan saxta sənədlər vasitəsi ilə 2009-2015-cu illər ərzində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən maddi yardım alıb.

B.Əliyev barəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.