Bəzən təcrübədə icra məmurları tərəfindən borcludan ilk növbədə 7 fazilik icra ödənişinin təmin edilməsi hallarına rast gəlinir. Yəni bu halda əsas məbləğ qalır kənarda və icra məmuru borcludan tutulmalı olan məbləğin 7 faizi miqdarında icra ödənişini müvafiq büdəcəyə köçürməsini və ya nəğd şəkildə verməsini tələb edir.

Ə.Əliyev xüsusi olaraq qeyd edir ki, icra məmuru icra sənədini aldığı andan etibarən 3 gün müddətində icraata başlamaq haqqında qərar qəbul etməli və könüllü icra müddəti barədə bildirişlə borcluya bir gün müddətində rəsmi şəkildə göndərməlidir: "Yəni bu zaman vətəndaşlar üçün həmin könüllü icra müddəti icraata başlamaq haqqında icra məmurunun qərarını aldığı andan hesablanır və bu müddət bitdikdən sonra üzrsüz səbədən dolayı olaraq icra edilməmişdirsə 7 fazilik icra ödənişi alınması barədə qərar qəbul edilə bilər. Digər hallarda icra ödənişinin alınması barədə qərar qəbul edilməsi tamamilə qanunsuzdur. Bu hallarda vətəndaşlar həmin qərardan müvafiq inzibati-iqtisadi məhkəməyə şikayət edə bilərlər. Eyni zamanda, vətəndaşlar əgər qanundan kənar hər hansı bir halla rastlaşarlarsa Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinə yazılı şikayət edə və ( və ya) 012 539 7675 qaynar xəttinə həmin icra məmuru barəsində məlumat verə bilərlər. Ədliyyə Nazirliyinin elektron portalında http://exidmet.justice.gov.az/WebForms/SEND_MAIL.aspx keçidindən istifadə etməklə şikayətləri elektron şəkildə də etmək mümkündür. Ədliyyə Nazirliyi bu müraciətlərə çox həssas yanaşır. Şəxsən öz təcrübəmdə bu və bu kimi hallarla bağlı Nazirliyin əməkdaşları tərəfindən edilən elektron müraciətdən sonra operativ tədbirlərin görüldüyünü müşahidə etmişəm.