Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik H.Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov İran Islam Respublikasının paytaxtında "Sahillər, limanlar və dəniz təsərrüfatı mövzusunda keçiriləcək beynəlxalq konfransda iştirak etmək üçün oktyabrın 31-dən noyabrın 3-dək Tehranda səfərdə olacaq.

İnstitutdan Unikal.org-a bildiriblər ki, alim bu beynəlxalq konfransın elm komitəsinin üzvü kimi artıq bir neçə ildir ki, tədbirə dəvət olunur və hər dəfə plenar iclasda əsas məruzəçilərdən biri kimi çıxış edir.

Budəfəki konfransda akademik Ramiz Məmmədov "Xəzər dənizində mümkün neft dağılmalarının modelləşdirilməsinin trayektoriyası mövzusunda məruzə edəcək.