Moskvada Tacikistandan olan oliqarx, milyarder İlham Şokirovun qızı Mədinə Şokirovanın Sardor adlı gənclə toyu olub.

Unikal.org-un "Life.ruya istinadən verdiyi məlumata görə, Mədinə "Zuhair Murad imzalı 40 milyon rubl dəyərində (500 min funt sterlinq) gəlinlik geyinib. Onun gəlinliyini ingilis dizaynerlər Tamara Ralf və Maykl Russo tikib. Bir neçə qat tüldən ibarət olan gəlinlikdə minlərlə mirvari və svarovski daşlarından istifadə olunub.

"Radisson Royal hotelinin "Konqres-park zalında baş tutan toy mərasiminə 900 qonaq dəvət olunub. Toyu rusiyalı aparıcılar İvan Urqant və Alla Mixeyeva idarə edib, qonaqları isə Flipp Kirkorov, Qlyukoza, Soso Pavliaşvili, Leoniq Aqutin, dağıstanlı müğənni Timur Temirov əyləndirib.

İlham Şokirov əyləncəli proqram üçün 30 milyon rubl xərcləyib.

Qeyd edək ki, biznesmen İlham Şokirov Daşkəndin ən nüfuzlu hoteli olan "Qrandın rəhbəridir. Özbəkistanda "Demir əyləncə-ticarət mərkəzinin 65% səhminə sahibdir, Moskva vilayətində isə bir neçə mehmanxanası var.