Ötən gün Xəzər Tv-də yayımlanan ən baxımlı veriliş olan "5 də 5" sevilən qonaqları ilə daha da maraqlı olub. Proqramın qonaqları qismində əməkdar artist Abbas Bağırov və tanınmış müğənni Sevda Yahyayeva çəkiliş meydançasına dəvət edilib.
Unikal.org primetime.az-a istinadən xəbər verir ki,tanınmış aparıcı Zaur Kamal, demək olar ki, bütün verilişlərə bir yerdə qatılan Sevda və Abbasdan bunun səbəbini öyrənib.
Abbas, "ümumiyyətlə mənə zəng edəndə, soruşuram ki, məndən başqa qonaq kim olacaq. Biri var ki, istədiyim insanla efirə çıxım, biri də var ki istəmədiyim adamla qonaq olum və onun lazımsız söhbətlərinə qulaq asım. Qəşəng, emosional, enerjili qonaqlar olanda veriliş daha da maraqlı keçir. Həm tamaşaçılar darıxmır, həm də musiqi öz ritmi ilə davam edir. O ki, qaldı Sevda xanımla dostluğumuza, bunun verilişə heç bir aidiyyatı yoxdur. Biz onunla burda da, çöldə də dostuq."
Zaur həmçinin verilişə adını çəkmək istəmədiyi müğənnilərdən birini çağırdığını, lakin onun Abbasla bir efirə çıxmaq istəmədiyini bildirib. A.Bağırov aparıcının bu sözlərinə belə cavab verib:
"Bilirsiniz, mən həmin insan yaşda olsaydım, bəlkə öz sözümü deyərdim. Amma yaşım az olduğu üçün müəyyən dərəcədə öz tərbiyəmi qoruyub, saxlayıram. Mən özümə imkan verə bilmərəm ki, məndən yaşca böyüyə fikir bildirim. Mənə qarşı səhv addım atsa da, efirdə onun haqda heç nə demərəm".
Verilişin davamında aparıcı üzünü Sevdaya tutaraq "Bəs deyirdin Məhərrəmlik ayı bitən kimi toyun olacaq" sualını ünvanlayıb.
Sevda da cavabında "Hələ toy haqda heçnə deyə bilmərəm. Qismətdən artıq yemək olmaz".