Amerikanın De-Moyn (Ayova ştatı) şəhərində silahlı insident baş verib.
Unikal.org xəbər verir ki, bu barədə "Associated Press yerli polis departamentinə istinadən xəbər yayıb.
Məlumata görə, atışma haqqında məlumat çərşənbə gününə keçən gecə daxil olub. Hadisə yerinə gələn polislər Urbandeyl şəhərindən olan zabitin meyitini aşkar ediblər. Amma 20 dəqiqə sonra De-Moyna departamentində digər polisin də meyiti aşkarlanıb.
"Polislərin pusqudan güllələndiyi güman edilir, - KİV polis nümayəndəsinin sözlərini sitat gətirib.
Polis axtarışa başlayıb.