ARB TV-nin "Gəlin danışaq" verilişinin qonağı, müğənni İlqar Xəyal olub.
Unikal.org-un məlumatına görə, ifaçı hər zaman zövqlü və bahalı geyimindən danışıb:
"O vaxt cinslər çox bahalı idi. 1 aylıq maaşa - 200-300 manata cinslər alırdı. Bundan da bəzi alverçilər yaxşı pullar qazanırdılar. Xarici ölkələrə gedəndə özüm oradan 15-20 dollara alıb gətirirdim. Yaxşı geyinən oğlanlardan biri olmuşam. Mənim əynimdəki geyimlərin hanısısa birinin üzərində yazı görəndə gülüş doğururdu. Sırğanı 22 yaşımda taxmağa başlamışam. O vaxta kimi mən də belə şey anlamamışam, "Sovetski"də böyümüşəm. Xarici səfərə çıxanda dedilər ki, görünüşünüz xaricilərə bənzəməlidir. Saç saxlamalısınız, sırğa taxmalısınız, açıq-saçıq geyinməlisiniz... Məni qışqırda-qışqırda qulağımı deşib, sırğa taxdılar".
Müğənni sırğa taxdığı üçün bir çox çətinliklər yaşadığını deyib:
"Avropadan qayıdandan sonra isə oranın mentalitetinin təsirindən çıxmamış, metroya qulağımda sırğa ilə düşdüm. Metroda sakit oturduğum zaman bir xanım dedi ki, "başımıza nələr gəlib, daha nələr görəcəyik". Çox utandım və o dəqiqə qapının ağzında durub düşmək üçün hazırlaşdım. Mən onunla mübahisə etmədim. Çünki ona başa sala bilməzdim axı mən yaxşı oğlanam, sən düşündüyün kimi deyiləm, "Sovetski"də böyümüşəm. Metrodan çıxan kimi sırğanı qulağımdan çıxartdım".