Xəzər TV-də tanınmış aparıcı Zaur Kamalın təqdimatında yayımlanan ən baxımlı veriliş "5/5" maraqlı qonaqları ilə yadda qalıb. Proqramın ötən gün efirə gedən buraxılışının qonaqları müğənnilər Elxan Şirinov, Rəşad İlyasov və Səidə Sultan olub.

Unikal.org xəbər verir ki, 42 yaşı tamam olan Rəşad İlyasovun doğum günü efirdə qeyd olunub. Sakit davranmağı bacarmadığını deyən Səidə Sultana, aparıcı Zaur belə deyib:

"Ona görə evdə qalmısan da, alan yoxdur səni. Efir bir güzgüdür". Səidə Sultan da cavabında, "ehtiyacım da yoxdur efirdən baxıb, məni alsınlar. Mənimlə ailə quracaq şəxs özüm olduğuna görə, sevib alacaq məni. Mənə vacib deyil efirdən kimsə məni bəyənsin. Ay birdən kimsə məni bəyənməz... Mən həyatda necəyəm, efirdə də eləyəm" deyib.

Zaur Kamal üzünü qonaqlara tutaraq sözlərinə belə davam edib: 

"Səidə çox sərbəstdir, canlı efirlik deyil. Gərək verilişi kəsib, montaj edib, sonra efirə verəsən. Azərbaycanda 3 müğənni var ki, gərək onları canlı efirə çağırmayasan. Onlardan biri də sənsən, Səidə. Sənə görə efirimiz 5 dəqiqə gecikir".







primetime.az