"ATV maqazin onlarla verilişində açıqlama verən xalq artisti Aygün Kazımova həmkarı Nisə Qasımovanın "Eldəniz Məmmədov və Zenfira İbrahimova məni görüb, salamlaşmadı sözlərinə münasibət bildirib.
Unikal.org -un məlumatına görə, Aygün Kazımova Nisə Qasımovanın açıqlamasına pis olub:
"Biz sənətkarlara hörmətlə yanaşmalıyıq ki, bizə də gələcək nəsil belə etsin. Rusiya və Türkiyə şou-biznesində belə şey görməmişəm. Heç kim Alla Puqaçovanı tənqid edə bilməz. Kimsə nəsə desə də, onu efirə vermirlər. Kimsə deyə bilməz, "Ajda Pekkan, get pensiyaya, vaxtın keçib. Mən bu şou-biznesə efirdən baxmamışam, səhnə arxasında olmuşam və hər şeyi görmüşəm.
A.Kazımova qızı İlqarənin "Eurovision seçim turlarına qatılmasından da danışıb:
"Rusiyada hər il Filipp Kirkorov "Eurovisiona müğənni hazırlayır. Ölkə ona nə qədər inanır ki, bu qədər məsuliyyətli iş tapşırır. Özü də hər il müğənniləri yaxşı yer tutur. Çünki biz müğənnilər bu aləmin içindəyik, müsabiqələrdə olmuşuq. Bilirik ki, nə yaxşıdır, nə pisdir. Biz də öz ölkəmizin iştirakçısını hazırlaya bilərik. Bu işi müğənnilərə həvalə etsinlər. Qızım da "Eurovision iştirakçılarından olub. Həmin vaxt qalib elan edilməzdən əvvəl bilirdim ki, Eldarla Nigar seçilib. İlqarəyə bunu əvvəlcədən demək istədim ki, final gecəsi pis olmasın. Dedim ki, qızım bilirəm keçmədin, istəmirəm aparıcı deyəndə həyəcan keçirəsən. İndi istəyirsən ağla, pis ol, səhnədə bunları etmə. Hazırlıqlı ol, amma elə bil ki, heç xəbərin yoxdur. Bilirsiniz, uşağıma bu sözləri demək nə qədər çətin idi