"Şou-biznesə aidiyyatı olan da, olmayan da özünü bura daxil edir. Bəzi sənətkarlar var ki, onları şou-biznesdə görmürəm. Flora Kərimova, Alim Qasımov, Fidan və Xuraman Qasımovalar, Fidan Hacıyeva belələrindəndir".
Unikal.org-un məlumatına görə, bu sözləri prodüser Tarix Əliyev (Tolik) "Hər şey daxil verilişində deyib.
Prodüser bildirib ki, bəzi müğənnilər gənclərin yolunu kəsir:
"Adlarını çəkdiklərim səhnədə şou göstərmir. Şounu Ledi Qaqa yaradır, pul qazanır. Hər yerindən duran özünə sənətkar deyir, ya da yeni dəb çıxarmaq istəyir. Hələ onların gənclərə dəstək olduğunu görmədim. Acıq verirlər ki, mən "staram", amma sizin təbəqədə star yoxdur. Ya da kimsə deyir ki, Elton gəlib qarşımda oxusun, ona qiymət verim. Elə müğənni var ki, xalq artistidir, məclisdə özündən on yaş balaca ifaçını gözlətdirir. Belə hərəkətlər paxıllıqdan irəli gəlir. Düşünürlər ki, yaşım keçir, onlar isə bizim yerimizə gəlir. Gənc ifaçı da həyəcanlanır, oxuya bilmir. Sənətkar özünü nə qədər püxtələşmiş göstərsə, o qədər yaxşıdır.
Tolik əməkdar artist Abbas Bağırovun ifaçı Ramal İsrafilova dəstəyindən də söz açıb:
"Abbas gəncdir, amma Ramala dəstək olub, tanıdıb. Ramal bunu danmaz".
Qeyd edək ki, müğənni Elton Hüseynəliyev xalq artisti Brilliant Dadaşovanı "paxıl" adlandırıb, onun məclisdə gənclərə mikrafon vermədiyini demişdi.(axşam.az)