İŞİD-in əsarətində kölə olan 17 yaşlı qızın danışdıqları ölkə mediasını silkələyib.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, Sincar dağında İŞİD tərəfindən qaçırılan qız seks köləsinə çevrilib. Hər gün terror qruplaşmasının üzvləri tərəfindən zorlanan qadın, hadisələri belə xatırladı.
"Seks köləsi edilən qızların hələ heç 13 yaşları belə yoxdur. Yanlarında uşaqları olan qadınlara da rəhm etmirlər. Məni Ebu Cəfər adlı birinə satdılar. Onun arvadı ərini əlindən alacağımı düşünüb məni hər gün döyürdü. Hamıya zülm edirdilər. 3 uşaq İŞİD terrorçuları tərəfindən zəhərləndi. 2 yaşlı qız uşağını evin pəncərəsindən asdılar. Əsgərlər tərfindən zorlanan qızlar dözə bilməyib intihar edirdi".
Zeynəb bildirib ki, Əbu Cəfər onu 130 min dollara satıb.
"Mənim üçün niyə bu qədər yüksək məbləğ ödəndiyini soruşdum. Cavabında isə ərəbcə danışdığımı, Qurani-Kərimi əzbər oxuduğuma və ev işləri gördüyümə görə bu qədər pula satıldığımı öyrəndim".