Müğənni Əmrahın oğlu Tayfun Ərdoğan sosial səhifədə paylaşdığı ad günü qeydində atasına mesaj göndərib.
Unikal.org-un türkiyə mətbuatına istinadən məlumatına görə, uzun müddətdir atası ilə araları soyuq olan 26 yaşlı gənc qeyddə ittihamlar yazıb:
"26 il əvvəl dünyaya istənilməyən bir uşaq gəldi. Bir həyatı daha doldurduq, bir yaş daha artdıq, böyüdük, həyatı öyrəndik. Bir söz var ki, "Bu həyatda atana da güvənmə". Bu həyat mənə çox şey öyrətdi. Düşünürəm ki, anam olmasaydı, harada, necə olardım? Allahıma şükürlər olsun. Mənə mesaj yazan o qədər insan var ki, biz bir ailə imişik".