"Bəziləri bu imtiyazdan istifadə edib qohumlarına dərman alırdı".

Unikal.org bildirir ki, Milli Məclisin deputatı Hadı Rəcəbli Report-a müsahibəsində deyib. O, qeyd edib ki, Qarabağ əlillərinə dərmanın pulsuz olması, nəqliyyatdan istifadə haqqının ödənilməməsi popilizmdir:

"Biz sonradan bəylərin, hakimiyyətdən xəbəri omlayan insanların populist addımlarının əziyyətini çəkdik. Məsələn, onlar deyirdilər ki, Qarabağ əlillərinə dərman pulsuz olmalı, nəqliyyatdan istifadə haqqı ödənilməməlidir. Bu, popilizmdir. Yəni, bazar iqtisadiyyatında avtomobil şəxsi bir şeydir, necə ola bilər, avtobusla mənzilinə gedəsən, pul verməyəsən?! Görün necə də ziddiyətlidir. Aptek də özəldir, oradan pulsuz dərmanı necə almaq olar? Bəziləri bu imtiyazdan istifadə edib qohumlarına dərman alırdı. Heydər Əliyev bu problemləri yoluna qoydu.