Misirin İgəndəriyyə şəhərində yaşayan İman Əhməd Abdulatı adlı qadın dünyanın ən kök şəxsi hesab olunur.
Unikal.org "Al Arabiya telekanalına istinadən xəbər verir ki, İmanın 500 kq çəkisi var. 11 yaşından bəri artıq çəkidən əziyyət çəkən şəxs evi tərk edə bilmir. Uzun müddətdir həkimlər onun xəstəliyinin müalicəsini axtarır. Amma araşdırmalar hələki nəticəsiz qalıb. Misirin müvafiq qurumlarına səslənən xanım, xəstəliyin müalicəsi üçün onlardan kömək istəyib.
Uşaq yaşlarından bəri bədən üzvləri şişən misirlinin "fil xəstəliyindən əziyyət çəkdiyi deyilir.