Ekologiya və Təbii Sərvətlər Nazirliyi noyabrın 07-də gözlənilən hava şəraiti ilə bağlı məlumat yayıb. 

Unikal.org nazirliyə istinadən xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, arabir tutulacaq, əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim cənub küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 9-11° isti, gündüz 13-16° isti olacaq. Bakıda gecə 9-11° isti, gündüz 14-16° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 772 mm civə sütunundan 768 mm civə sütununa enləcək.
Nisbi rütubət gecə 80-90 %, gündüz 60-70 % təşkil edəcək.

Azərbaycanın rayonlarında isə hava şəraiti sabah əksər rayonlarda əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq, şərq rayonlarında isə yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 5-10° isti, gündüz 15-20° isti, dağlarda gecə 0-5° isti, gündüz 9-14° isti olacağı gözlənilir.