Məşhur erməni hüquq müdafiəçisi Vahe Avetyan Bakıya növbəti dəfə səfər edib.


Unikal.org qafqazinfo-a istinadən xəbər verir ki, Bakı aeroportunda olan Avetyan Azərbaycanı öz dilimizdə salamlamağa çalışıb: "As Salam Aleykum Azerbajdzjan!"

İsveçdə yaşayan siyasi mühacir və Sarkisyan rejiminin tənqidçisi olan V.Avetyan sonuncu dəfə Bakıya oktyabrda gəlmişdi, həmin ayın 11-də Frankfurta qayıtmışdı.

Ötən gəlişi haqda "Buna ürəyin, ruhun səfəri demək olar" açıqlamasını verən Avetyanın budəfəki gəlişinin səbəbi məlm deyil.



Qeyd edək ki, Vahe Avetyanın Xocalı qurbanlarının abidəsinə gül qoymaq arzusunun da olduğunu açıqlamışdı.