İnternetdə SSRİ dönəmində Azərbaycana rəhbərlik etmiş Mircəfər Bağırovun nadir kinoxronikası yayılıb.

Unikal.org bildirir ki, 1937-ci ilə aid olan kinoxronikada SSRİ-də "Stalin Konstitusiyası adlandırılan yeni ali qanunun qəbulu ilə bağlı aparılan təbliğat mitinqi əks olunub. 300 min Bakı sakininin iştirak etdiyi bu mitinqdə Mircəfər Bağırovun çıxışı canlı səslə verilib. Rus dilində çıxış edən M. Bağırov sovet sistemini tərifləyir və düşmənlərə qarşı amansız olmağa çağırır. Öz çıxışında 37-ci il repressiyalarına toxunan Bağırov bu həbslərə haqq qazandırır və "bütün düşmənləri aşkar edəcəklərini deyir.