«Oğlum Oğuzxanın üzündə sarımtıl ləkələr yaranmışdı. Azərbaycanda xəstəxanalardan birinə apardım. Orada oğluma qrip infeksiyası diaqnozu qoyulmuşdu. Amma həkimlər yalnış müalicə aparıb. Onlar yalnış müalicə apardığı üçün oğlumun vəziyyəti pisləşdi. Biz onu İstanbula gətirdik. Burda isə bizə dedilər ki, oğlunuzda qaraciyər çatışmazlığı var».

Türkiyə mətbuatına istinadən xəbər veririk ki, bu sözləri Azərbaycanda yaşayan Axıska türkü Telman Tahirov Türkiyə mediasına açıqlamasında deyib.

Image result for Tahirovlar ailesi

 

Üç uşaq atası olan TelmanTahirov bildirib ki, oğlumun əməliyyat olunması üçün 120 min lira (63 min manat) pul lazımdır. «Başda İstanbul olmaqla dörd fərqli şəhərə getdik. Əvvəlcə 70 min manat xərc lazım olduğunu dedilər. Sonda oğluma Uludağ Üniversitesi Tibb fakültesi xəstəxanasına qaraciyər çatışmazlığı diaqnozu qoyulub. 3 yaşlı oğluma anasından qaraciyər transplantasıyası həyata keçiriləcək. Əməliyyat xərci 63 min manatdır»,-deyə Tahirov bildirib.

b_550_325_16777215_00_images_xeber_sekilleri_3noyabr2016_zzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz.jpg
Oğuzxanın atası Telman Tahirov
Hazırda Bursa şəhərində olan ailə türk olmalarına baxmayaraq, 5 il Türkiyədə yaşamadıqları üçün daimi vətəndaşlıq ala bilməyib. «Bizim Türkiyə vətəndaşı olmağımıza bürokratik əngəllər yaradılır. Mən Türkiyənin Səhiyyə Nazirliyinə vətəndaşlıq üçün müraciət etdim. Amma nazirlikdən mənə Axıska türkü olmağım barədə sənəd tələb etdilər. Onu da aldım. Bütün sənədlərim yerində olsa da, bizi süründürməyə davam edirlər. Sonumuzun necə olacağını bilmirəm. Ya vətəndaşlıq versinlər, yada ki dövlət bizə xeyirxah əlini uzatsın»,-deyə ailə başçısı bildirib.

b_550_325_16777215_00_images_xeber_sekilleri_3noyabr2016_aaaaaaaaaaaaaaaaaaaa.jpg
Köməyə ehtiyacı olan Oğuzxan
Telman Tahirov deyib ki, Türkiyə vətəndaşı olmadıqları üçün səhiyyə güzəştlərindən istifadə edə bilmirlər.
Â«İşləməyə icazəmdə yoxdur. Amma məcburiyyətdən qeyri-qanuni olaraq tikintidə usta işləyirəm. Çünki uşağımın xərclərini qarşılamalıyam. Onusuzda 1 il ərazində bu xəstəxanaya 30 min lira (15 min manat) pul xərcləmişəm. Bu səbəbdən başda prezidentimiz olmaqla, Səhiyyə Nazirliyimizdən və Bursa şəhərində yerləşən təşkilatlardan yardım gözləyirik»,-deyə Telman Tahirov bildirib.


Oğuzxan və anası Aygün Tahirova
Oğluna qaraciyərinin bir parçasını verəcək ana Aygun Tahirova da əməliyyat üçün kömək gözlədiklərini deyib. «İnşallah bizə yardım edən tapılar. Bizim vəziyyətimizdən xəbəri olanların yardım etməsini xahiş edirəm»,-ana deyib.
Hazırda ailə 3 yaşlı övladları Oğuzxanın müalicəsi üçün pul tapmağa çalışır.

Qeyd edək ki, Oğuzxana Azərbaycanda qoyulmuş yalnış diaqnozla bağlı məlumat Türkiyənin bir çox nüfuzlu media orqanında yayımlanıb. Türkiyənin məşhur haberler.com, hurriyet, www.bursahaber.com, beyazgazete.com, www.galahaber.com, www.anadolutelgraf.com və digər xəbər saytları "Oğuzxanın 120 min lirəyə ehtiyacı var" başlığı ilə xəbərlər dərc ediblər.


Bursa'da minik Oğuzhan'ın 120 bin liraya ihtiyacı var - bursadabugun video