Xəbər verdiyimiz kimi erməni publisist, yazıçı və ictimai xadim Vahe Avetyan Bakıya səfəri çərçivəsində bu gün Xocalı abidəsini ziyarət edib.

Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri, Şuşa İcra Hakimiyyətinin başçısı Bayram Səfərov Unikal.org-a açıqlamasında Vahe Avetyanın Bakıya səfərinə münasibət bildirib.

O deyib ki, ermənilərin hamısı şəhidlərimizin abidəsi qarşısında baş əyməlidir: "Onlar Azərbaycan kimi ölkədən özlərini təcrid ediblər. Hamısı gəlib şəhidlərmizin abidəsi qarşısında baş əyməlidirlər. Kül başlarına ki, onları idarə edən bir neçə terrorçu- siyasətçi ucbatından gəlib Azərbaycandakı inkişafı, yenilikləri, gözəllikləri görə bilmirlər. Vahenin Bakıya gəlişini yaxşı qiymətləndirirəm. Onlar gəlib görməlidirlər ki, Azərbaycan necə inkişaf edib.

B.Səfərov V.Avetyanla görüşüb görüşməyəcəyinə gəlincə, deyib ki, hələlik bu nəzərdə tutulmayıb: "Amma Dağlıq Qarabağın azərbaycanlı icmasının təmsilçisi Kamal Abdulla Vahenin də qatıldığı "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: əsas maneələr və nizamlama perspektivləri. Ermənistan və Azərbaycandan baxış adlı beynəlxalq konfransda iştirak edir. Mən hazırda başqa bir tədbirdə olduğumdan bu barədə heç nə deyə bilmərəm.

Amid İsbəndərov