Azərbaycanın Rusiyadakı ən böyük diaspor təşkilatı olan Ümumrusiya Azərbaycanlıları Konqresi (ÜAK) yerləşdiyi ofisindən çıxarılıb.
Unikal.org xəbər verir ki, bu barədə lent.az-a Moskvadakı mənbələrdən məlumat daxil olub. Mənbənin dediyinə görə, ÜAK hazırda Rusiya paytaxtında yerləşən "Bakı kinoteatrının 2 kiçik otağına sığınıb.
"ÜAK son iki ildə ikinci dəfədir ki, ofisindən qovulur. ÜAK-ın ofisi əvvəl Moskvanın mərkəzində, "Svetnoy Bulvar metrostansiyası yaxınlığında yerləşirdi. İcarə haqqı vaxtında verilmədiyindən Konqresi ofisindən çıxardılar. Daha sonra Moskvanın "Taqanskaya metrostansiyası yaxınlığına, Verxnaya Radişevskaya, 5 ünvanını köçdülər. Burada isə 6 milyon rubldan (təxminən 95 min dollar) çox borc yarandı. ÜAK-ın ofisinin yerləşdiyi binanın sahibi hələ 1 ay əvvəl onlara ultimatum vermişdi ki, borclar ödənilsin. Amma nəinki ödənildi, əlavə borclar yarandı. Ötən həftə bina sahibi ÜAK-ı qovdu.