Azərbaycanda son günlər dolların kəskin bahalaşması kənd təsərüfatı məhsullarına da təsirsiz ötüşməyib.

Unikal.org-un əməkdaşının apardığı araşdırmaya görə, ölkəmizin müxtəlif regionlarında "parniklərdə" becərilən pomidor və xiyarın qiymətində kəskin bahalaşma qeydə alınıb.

Belə ki, bu məhsulların qiyməti iri ticarət obyektlərində, bazarlarda son bir həftə ərzində3 dəfə bahalaşıb.

Misal üçün 5 gün əvvəl Azərbaycanda xiyarın qiyməti 60-70 qəpik civarında satılırdısa, hazırda bu məhsulun topdan satış qiyməti 1.60 qəpik və 2 manat arası dəyişir.

Həmçinin eyni günlə müqayisədə pomidorun qiymətində də ən azından iki dəfə bahalaşma qeydə alınıb.

Pomidorun qiyməti 1.50 qəpikdən, 2.50 qəpik-3 manat arası dəyişir.