Sabiq baş prokuror Əli Ömərov vəzifədə olduğu dönəmdə həbsi ilə bağlı sanksiya verdiyi Müasir Müsavat Partiyasının sədri, o zamankı Balıq sənaye naziri Hafiz Hacıyevlə bağlı maraqlı fikirlər səsləndirib.

Unikal.org bildirir ki, bu barədə Mia.az-a açıqlama verən Ə.Ömərov H.Hacıyevin həbsi ilə bağlı sanksiya verməsinə peşman olduğunu dilə gətirib: «Sonradan öyrəndim ki, o, yüksək səviyyəli elm adamıdır, elmlər namizədidir, Kəlbəcərdə komsomol katibi işləyib. Yəni, bu cür məziyyətləri olan bir adamı tutmaya da bilərdim, amma onun həbsi ilə bağlı qərar verdim.

hafiz hacıyev ile ilgili görsel sonucu

Son dövrlər onun siyasi fəaliyyətinə də nəzər yetirirəm, açıqlamalarını izləyirəm, görürəm ki, bu adam həqiqət carçısıdır. Hər şeyi düz deyir. Ona görə də onunla bağlı fikirlərim dəyişib. Sonradan etiraf eləmək də kişilik tələb edir. Fikirləşirəm ki, o zaman gərək onun həbsi ilə bağlı qərar verməyəydim. Bu adam həmişə həqiqət tərəfdarı kimi çıxış edir. Əsas da odur ki, Prezident İlham Əliyevin ən böyük müdafiəçisi kimi çıxış edir. Bunu ona görə deyirəm ki, Prezidentin yanındakı məmurların əksəriyyətinin əməli ilə sözü üst-üstə düşmür. Amma Hafiz Hacıyev eyni mövqedə davam edir. Prezidentə həmişə qardaş deyir. Düzü mən də həmişə onun bu sözlərini gülüşlə qarşılayıram, düşünürəm ki, görəsən, onlar həqiqətənmi qardaşdırlar. Müşahidələrimdən o qənaətə gəldim ki, həqiqətən də Prezidentə qardaşlıq edir, onu müdafiə edir».

Sabiq baş prokuror onu da vuğrulayıb ki, MMP sədri həddindən artıq təəssübkeş adamdır. Onun sözlərinə görə, Hafiz Hacıyev Qərbi Azərbaycanlıların müdafiəsi, onların koordinasiya olunması missiyasını da öz üzərinə götürür: «Bu gün Qərbi Azərbaycanın görkəmli şəxsiyyətlərinin hamısı kölgədədir. Amma Hafiz Hacıyev onların önə çəkilməsində, toparlanmasında xüsusi səylər göstərir. Prezedentliyə namizəd olanda da çıxışına qulaq asanda gördüm ki, o, prezidenti dəstəkləyir, Qərbi Azərbaycanlıların tərəfindən çıxış edir. Ən müsbət məqam odur ki, bu adam heç kimə yaltaqlanmır. Bu səbəbdən ona rəğbətim var.

Deportasiya Qurbanları Cəmiyyətinin rəhbəri kimi tədbirlərimizdə də müzakirələr aparırıq ki, onun müdafiəsinə qalxaq, dəstək verək. Mən harda olsa, onu dəstəkləyəcəyəm. Çünki o adam sözünə bütöv adamdır. Azərbaycan siyasi səhnəsinə belə adamlar lazımdır ki, ölkəni inkişafa aparsın. Mən həmişə demişəm ki, Hacı Əbdül Azərbaycanın ən möhkəm kişilərindən biridir, çünki o, sözünün sahibidir. Mütəllibovu prezident olanda da, sonra da müdafiə elədi. Onu həbs eləmişdik, mən onu azad edəndə, dedi ki, mənim yeganə prezidentim var, o da Mütəllibovdur. Sözü bütöv olan adamdan heç vaxt xəyanət gözləmək olmaz. Hafiz Hacıyev də ilk gündən Prezident İlham Əliyevi dəstkləyir, onun əleyhinə işləyən məmurları tənqid hədəfinə tutur, yəni, sadiqdir. Bu səbəbdən də onun mövqeyini bəyənirəm».