Bu ilin 9 ayında keçirilən əməliyyat-axtarış tədbirləri ilə axtarılan şəxslərin 65,4 faizi tutulub, ötən ilin analoji dövrü ilə müqayisədə müvafiq göstərici 3,3 faiz yaxşılaşıb.

Unikal.org-un məlumatına görə, bunu Daxili İşlər Nazirliyinin (DİN) Baş Cinayət Axtarışı İdarəsinin rəisi, polis polkovniki Arzu Daşdəmirov DİN-in kollegiya iclasında deyib.

Onun sözlərinə görə, axtarışda olan şəxslərin yerlərinin müəyyən edilib tutulması məqsədilə MDB-yə üzv ölkələrə əməliyyat qrupları göndərilib və nəticədə respublikadan kənarda olan 35, eləcə də MDB ölkələrinin hüquq-mühafizə orqanları tərəfindən axtarılan 190 nəfərin yeri müəyyən edilib.

O bildirib ki, itkin düşmüş şəxslərin axtarışının təşkili və həyata keçirilməsindən danışan məruzəçi qeyd edib ki, ötən müddətdə itkin düşmüş şəxslərin 71,1 faizinin yeri müəyyən edilib. Müvafiq sahədə fəaliyyətin nəticələri 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,4 faiz yaxşılaşıb.