Sabirabadın Qaraqaşlı kəndində tələyə ərazidə rast gəlinməyən Amerika yenotu düşüb.

Unikal.org ARB TV-yə istinadən xəbər verir ki, kənd sakini Salman Muradov toyuq-cücəsini yırtıcılardan qorumaq üçün həyətyanı ərazidə tələ qurub. Nəticədə tələyə Mərkəzi Aran rayonlarında yaşamasına təsadüf olunmayan Amerika Yenotu düşüb. Salman Muradov deyir ki, heyvanın Amerika Yenotu olduğunu internet vasitəsilə öyrəniblər. Amerika yenotları elə bu qitənin mülayim və tropik ərazilərində yaşayırlar. Bu heyvanlardan son 50 ildə Avropaya da gətirilib.

Qiymətli xəz dərisi olan heyvandır. Kənd sakini yırtıcının qidalanmasını nəzarətdə saxlayır. "Heyvana ət, nar, alma, balıq verilir- deyə Salman Muradov bildirib. Muradov deyir ki, yenotun ayağı sağaldıqdan sonra onu zooparka təhvil verməyi düşünür.