Daxili İşlər Nazirliyində növbəti kadr təyinatı baş tutub.

Unikal.org bizimyol.info-ya istinadən xəbər verir ki, polis polkovnik-leytenantı Mahmud Abdullayev Nərimanov Rayon Polis İdarəsi, Dövlət yol Polisi şöbəsinə yeni rəis təyin edilib. Mahmud Abdullayev bundan əvvəl Bakı Şəhər Baş Polis İdarəsində şöbə rəisi vəzifəsində çalışıb.

Qeyd edək ki, Nərimanov DYP-nin bundan əvvəlki rəisi Tofiq Quliyev işində yol verdiyi qüsurlara görə vəzifəsindən azad olunub.