Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.
AMB-dən Unikal.org-a verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi noyabrın 8-i ilə müqayisədə 0,57% möhkəmlənərək 1,6782 manata çatıb.
Avro isə manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası 0,48% zəifləyərək 1,8336 manat olub.
Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl 0,76% bahalaşaraq 0,0264 manat səviyyəsinə çatıb.