Prezident İlham Əliyev Azərbaycan Prezidentinin 2006-cı il 18 aprel tarixli 393 nömrəli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi haqqında Əsasnamədə dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Unikal.org xəbər verir ki, fərmana əsasən "Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi haqqında Əsasnamənin 8.25-1-ci bəndi ləğv edilir.

Qeyd edək ki, Əsasnamənin 8-ci maddəsinin (Nazirlik bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:) həmin bəndində deyilirdi:

"8.25-1. turistlər üçün elektron viza almaq hüququ olan Azərbaycan Respublikasında fəaliyyət göstərən turizm şirkətlərini akkreditasiyadan keçirmək;"