"Təhsil, Mədəniyyət və Sosial Yardımlaşma Dərnəyi" adı altında fəaliyyət göstərən barda polis əməliyyat keçirib.
Unikal.org-un Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, hadisə Konyada baş verib.
Polisin keçirdiyi əmliyyat zamanı obyektin damında gizlədilmiş 3 pnevmatik tüfəng və 1 sənədsiz tapança aşkarlanıb.
Barda çalışan Ukrayna, Gürcüstan və Qırğızıstan vətəndaşı 6 qadın saxlanılıb. Saxlanlılar arasında müxtəlif cinayətlər törətmiş iki şəxs də olub.
Obyektin sahibi istintaqa cəlb edilib. Xarici ölkə vətəndaşları isə öz ölkələrinə deport olunub.