Nobel prospekti ilə hərəkət edən sürücülər Xətai rayonu ərazisində bulvar yoluna daxil olmadan öz yolları ilə hərəkəti davam etdirə biləcəklər. Çünki, prospektdə təmirə bağlanan yol bu gündən açılır.

Unikal.org bildirir ki, "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətindən "Xəzər Xəbər"-ə verilən məlumata görə, prospektin Xəqani Rüstəmov küçəsi ilə kəsişən hissəsində 4 işıqforun quraşdırılması nəzərdə tutulur. Bu isə ərazidə fasiləsiz və manesiz hərəkəti təmin etmək məqsədi daşıyır.

Paytaxtın Sabunçu rayonunda da yeni yerüstü yol keçidinin quraşdırılması işləri davam etdirilir.

Onu da qeyd edək ki, 3 saylı şəhər Xəstəxanası da bu ərazidə yerləşdiyinə görə həmişə yolda sıxlıq müşahidə olunurdu. Yeni keçid ərazidə yaranan sıxlığı azaltmağa kömək edəcək.