"Azərbaycanda elektron mediada çalışan müxbirlərdə peşəkarlıq aşağı səviyyədədir.

Bu sözləri Unikal.org-a telefonla müsahibə verməyəcəyi ilə bağlı fikirlərini bölüşən millət vəkili Yevda Abramov bildirib.

O vurğulayıb ki, jurnalistlər cümləni elə qurmalıdırlar ki, yuxarıda səsləndirilən fikirlər aşağıda deyilənləri müəyyənləşdirə bilsin:

"Amma jurnalistlər dediyim sözləri özlərinə sərf edən formada çıxarırlar. Görünür, bu onların ya özünə, ya da redaktorlarına sərf edir. Müxbirlərin yazdıqlarında fikir tutumu olmur və belə olan halda həm oxucu, həm də yuxarı orqanlar çaşıb qalırlar. Özüm də fikirləşirəm ki, görəsən bu fikirləri mən demişəm? Mən elə adamam ki, hər zaman sözümün arxasında dururam. Gənc jurnalistlərdə profesionallıq çatışmır. Vətəndaşın dediyini muxbir, jurnalist tutmalıdır. Gərək televiziyada danışasan ki, xalq bu söz və fikirlərin sənə məxsus olduğunu bilsin.

Y.Abramov mətbuatla incik düşməsinin səbəblərini də açıqlayıb. İncikliyə səbəb bir neçə gün əvvəl "Bakıdakı böyük tədbirləri "Mossad qoruyur başlığı ilə müsahibəsinin getməsidir:

"Bir neçə gün öncə parlamentdə müsahibə vermişəm. Müxbir bunu oxuculara tamamilə başqa cür çatdırıb. Ona görə, mən telefonda müsahibə verməkdən çəkinirəm. Üzbəüz, mikrafonu, diktafonu görmədən müsahibə vermək düzgün deyil. Sabah bir problem olanda da diktafondakı qeydi çıxartdırıb sübut etmək rahat olur. Mən həmin müsahibədə demişdim ki, qonşu ölkələrin mediası Avropa Oyunları zamanı Azərbaycanda təxribat olacağını yazmışdı. Bunun üçün filan dövlətin filan təşkilatı öz idmançılarını qorumaq üçün burada idi. Amma muxbir mənim sözlərimi təhrif etdi. Bu cür "fikirlər də iki dövlət arasında söz-söhbət yaradır.

Mən bunun üçün sözü gedən saytın redaktoru ilə də danışdım. İstəmirəm kiminsə çörəyinə bais olum.
Azadlıq Radiosuna demişəm ki, mənə qəti zəng etməsinlər, yoxsa, kobud söz deyəcəm. Mirzə Sakit filimdən şəkilimi götürüb, demədiyim sözləri mənim dilimdən jestlərlə oxuyur. Axı mən o sözün sahibi deyiləm? Zəhrimar lazımdırsa deyin ki, bizə zəhrimar lazımdır.