Aparıcı Mikayıl Güləddinoğlunun "SPACE" telekanalından işdən çıxarılması ilə bağlı xəbərlər yayılıb. 

Unikal.org-un məlumatına görə, big.az-a açıqlama verən aparıcı xəbəri təkzib edib. O bildirib ki, bu gün axşam "Space" kanalında efirdədir.

"Bu gün efirdəyəm. "Space" telekanalından ayrılmamışam. Təbii ki, təkliflər var, amma iş yerimdən razıyam. "Dünya TV"-dən təklif gəlib, amma, hazırda "Space"də işlədiyim üçün qəbul etməmişəm".