Ukraynada Ali Radanın iclasında "Müxalifət bloku fraksiyasının lideri Yuri Boyko Radikal partiyasının lideri Oleq Lyaşkonu vurub.

Unikal.org Ukrayna KİV-nə istinadən xəbər verir ki, qarşıdurma Lyaşkonun Boykonu Kremldən təlimat almaqda ittiham etməsindən sonra başlayıb.

Cavab olaraq deputat yerindən qalxaraq həmkarının üzünə yumruq atıb.