Türkiyədə vitrinlərdə siqaret satışı yığışdırılacaq və siqaretlər marka olaraq deyil, paketlərdə markasız satılacaq. 

Unikal.org xəbər verir ki, Səhiyyə naziri Rəcəb Akdağ deyib ki, 15 yaşadək uşaqlar arasında siqaret çəkənlər son 4 ildə 23.2 faizdən 27.3 faizə qalxıb. 

Nazir TBMM Plan və Büdcə Komissiyasına tütün məhsullarına qadağaların tətbiq edilməsi üçün çıxış etdiyini də bildirib. Bundan sonra siqaretlərin bağlı yerlərdə satılacağını, siqaret paketlərində də markaların az qala görünməz vəziyyətə gətiriləcəyini də bildirib. (Mənbə: Hürriyet)