Prezident İlham Əliyev Mərkəzi Neftçilər Xəstəxanası əməkdaşlarının "Tərəqqi medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Unikal.org xəbər verir ki, sənəddə deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraqqərara alıram:

Azərbaycan Respublikasında səhiyyə sahəsində səmərəli fəaliyyətlərinə görə Mərkəzi Neftçilər Xəstəxanasının aşağıdakı əməkdaşları "Tərəqqi medalı ilə təltif edilsinlər:

Abbasəliyev Abbasəli Həbib oğlu

Həsənov Fərhad Rüfət oğlu

Qarayev Hikmət Cəfər oğlu.