Bir neçə gündür ki, haqqında danışdığımız ilin astronomik hadisəsinin vaxtı çatıb.

Bu gün 68 ildən bir təkrarlanan Ayın Yerə yaxınlaşması - "Super Ay" müşahidə olunacaq. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şamaxı Astrofizika Rəsədxanasının məlumatına görə, ay həmişə olduğundan 14 faiz daha böyük görünəcək. Təxminən 15-20 dəqiqə sonra,"Super Ay" Yerə ən yaxın məsafədə olacaq. Amma onu həmin saatda yox, axşam gün batana yaxın görmək mümkün olacaq. Səmamız buludlu olmasa, gecə biz artıq rahat şəkildə adi gözlə "Super Ay"ı görə biləcəyik". Prosesin Yer atmosferinə təsirinə gəlincə, hadisə yalnız yer və su səthində qabarmalara təsir göstərə bilər.