Salyan rayonunda 15 yaşlı qız epilepsiya tutmasından ölüb.

Unikal.org-un "Report"a istinadən məlumatına görə, rayonun Ərəbqardaşbəyli kənd sakini 2001-ci il təvəllüdlü Zərxanım Alıqulu qızı Novruzova epilepsiya tutması diaqnozu ilə Salyan Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq o, xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.