Meyxanaçı Namiq Qaraçuxurlu big.az-a müsahibə verib:

Unikal.org həmin müsahibəni təqdim edir:

- Nə yeniliklər var?
-Yeni mahnım var. Ayın 19-u Moskvaya, 20-si Almaniyaya uçuram. Orda klip çəkdirəcəm. Yəqin ki, dekabrın 1-i qayıdacam. Ya dekabrın sonuna ya da, yanvarın əvvəlinə klipi təqdim edəcəm.

-Meyxanaçı Pərviz Bülbülə sizin haqqınızda efirdə danışdı və sizi rəqib görmədiyini bildirdi. Bu haqda nə deyə bilərsiniz?
- Düz deyir (gülür), Pərviz mənim kiçik dostumdur. Elə bir nəsə deyibsə də, mənim xəbərim yoxdur, amma, münasibətimiz gözəldir. Mənim fəxr etdiyim gənc meyxanaçılardandır.

- Meyxanaçıların sizə olan bu münasibəti nədən irəli gəlir?
- Düşünmürəm meyxanaçıların mənə qarşı pis münasibəti var. Onlar mənim dostlarımdır. Hər zaman da məni böyük kimi qəbul ediblər. Mehmandan başqa... Çünki, Mehmanla çiyin-çiyinə işləmişik. Çox gözəl münasibətimiz var.

- Meyxana ilə bir çox janrların sintezi olub. Bu gündə Jazz konsertidir. Bu barədə yenilik etmək fikriniz var? Jazz və meyxana?
- Əslində olar. Meyxana ilə hər musiqini sintez etmək olar. Amma, gərək yaxşı alınsın. Musiqli meyxanının bir çox növləri var. Bunu da yoxlamaq olar.

-Qeyd etdiniz, meyxana janrını akademik səviyyədə təqdim etmək istəyirsiniz. Bunun üçün dövlət qurumlarına, Mədəniyyət və Turizm Nazirliyinə müraciət etmisinizmi?
- Dəfələrlə müvafiq qurumlara müraciət olunub. Hətta meyxanaçıların fikri var idi ki, bizə bina verilsin. Mən 4-5 meyxanaçı var ki, gənclərin içərisində onları çox sevirəm. Təlabatlıdırlar. Meyxananın bugünkü yükü onların üzərinə düşür.

- Kimdir onlar? Adların çəkə bilərsiniz?
- Bəli, Pərviz Bülbülə, Rəşad Dağlı, Orxan Lökbatan, Vüqar Biləcəri. Əsasən, mən bu dörlüyü öndə görürəm. Şəxsən mən özüm onlara müraciət edəcəm ki, bir klip etsinlər. Mənim orda iştirakım vacib deyil.

- Aygün Kazımovadan başqa, xanım müğənnilərdən kimlə duet oxumaq istəyərdiz? İdeya var?
- Bəli, var. Sevinc Sevil bacıları ilə birgə oxumuşam. Yeni mahnı deyil. Amma, gələcəkdə yeni mahnı da oxumaq fikrim var. Daha sonra fikrimdə Sevda Yəhyayeva ilə oxumaq var.

- Xanım müğənnilərlə oxumaq yenidən qalmaqala səbəb olar deyə qorxmursunuz?
- Mən qalmaqaldan həm qorxuram həm də, qorxmuram. Amma duet məsələsində qalmaqaldan yox, bir az tamaşaçı qınağından qorxuram. Deyərlər ki, o boyda duetlərdən sonra oxuduğu yaxşı olmadı. İnşaAllah ki, uğurlu olar.

- Dediz klipi Almaniya çəkdirirsiz. Yerli rejissorlardır, yoxsa xarici?
-Açığını deyim ki, çox güman ki, rejissorluq özüm edəcəm. Hazırda operator var. Mən getməmiş çəkliş üçün məkanları seçiblər. Çox güman ki, senarini özüm yazacam, özüm də rejissorluq edəcəm. Çünki, mən mahnını yazmışam, obrazı da yazaraq gözümdə canlandırmışam.

Namiq Aygünü Sevil-Sevincə, sonra isə Sevdaya dəyişəcək: "Qorxuram ki ..."