Əməkdar artist Gülüstan Əliyeva ilə meyxanaçı Samirə Yusifqızı arasında qalmaqal yaşanıb.
Unikal.org-un məlumatına görə, S.Yusifqızı "10-dan sonra verilişində qarşı tərəfi yalan danışmaqda günahlandırıb.
Meyxanaçı G.Əliyevanın səsləndirdiyi və gündəmə gətirdiyi "Ay nənə mahnısını ilk özünün oxuduğunu deyib:
"Gülüstan Əliyeva mənim haqqıma girib. Ondan bunu gözləməzdim. Həmin mahnını o ərsəyə gətirməmişdi. 1996-cı ildə mahnı gündəmə gələndə, Gülüstan Əliyeva sənətdə heç yox idi. Danışmıram, o da əlinə bayraq alıb "birinciyəm" deməsin. Bu mənim haqqımdı, niyə yalan danışırsan? Çox atdanıb-düşürdü ki, Samirənin saçlarını yolacam. İndi gəlib sübut etsin, görək kim yalan danışır".axşam.az