Siyəzən rayonunda bədbəxt hadisə baş verib.

Unikal.org apa-ya istinadən verdiyi məlumata görə, hadisə bu gecə qeydə alınıb. Siyəzən rayonu, Gilgilçay qəsəbə sakini, 1983-cü il təvəllüdlü Elşad Qurbanov qatarın altına yıxılıb. 

Ağır bədən xəsarətləri alan maşinist köməkçisi Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib. Aşağı ətraflarının 1/3 amputasiya olunan zərərçəkənin vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.