Artıq son illər bütün dünya ölkələrində ictimaiyyəti, valideynləri, ziyalıları narahat edən məktəbdə təhsilin əsas siması olan müəllimlərin geyimləri ilə bağlı problemlər mövcuddur.
Unikal.org xəbər verir ki, müəllimlərin geyimi bəzi məktəblərdə qaneedici olsa da, çoxsaylı məktəblərimizdə müəllimə, çalışdıqları təhsil ocağına yaraşmayan geyim tərzi nümayiş etdirənlər də az deyildir.
Müəllimlərin geyim tərzinə görə ən çox müzakirə olunan ölkə Rusiyadır. Burada demək olar ki, hər gün müəllimlərin geyimi, həyat tərzi ilə bağlı məlumatlar dərc edilir. Misal üçün yayımlanan bir şəkildə məktəb müəlliməsi ayağını tələbəsinin kürəyinə qoyur, dgiər tələbələri isə onun sağ və sol tərəfində qalaraq poz verib şəkil çəkdiriblər. Bu da ölkə ictimayyətində xeyli narazılığlara səbəb olub. Sözü gedən müəllimə işdən qovulub.
Rus müəllimlərinin poz verərək çəkdikləri fotoları oxuculara təqdim edirik.