Sabah, noyabrın 18-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Unikal.org-a verilən məlumata görə, arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 7-9, gündüz 10-12 dərəcə isti, Bakıda gecə 7-9, gündüz 10-12 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunundan 774 mm civə sütununa yüksələcək.
Nisbi rütubət 85-95 % təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza gəlincə, noyabrın 17-si axşamdan 20-dək Abşeron yarımadasında arabir güclənən xəzri küləyi fonunda rütubətli və tutqun hava şəraitinin üstünlüyü bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Azərbaycanın rayonlarında isə arabir yağış yağacağı, duman olacağı gözlənilir. Bəzi dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı ehtimalı var. Gündüz qərb rayonlarından başlayaraq yağıntı tədricən kəsiləcək. Arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3-8, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 4-9 dərəcə isti olacağı gözlənilir.