Səbail rayon 6 nömrəli tam orta məktəbi 12 yaşlı Fərəh Yaqubovanın ölümünə aydınlıq gətirib.
Unikal.org xəbər verir ki, Məktəbin direktor köməkçisi Rəna Mirzəyeva aznews.az-a açıqlamasında onu yaxşı oxuyan şagird kimi tanıdığını və imtahanlardan yaxşı qiymətlər aldığını deyib:
"İnzibati imtahandan 5, 4, 3 qiymətlər alıb. 2 almayıb ki, depressiyaya düşsün. Yəni, bu səbəb ola bilməz. Yaxşı və fəal şagird olub. Fərəh intihar eləməyibaxı. Gərək ona evdə nəzarət eləyərdilər. Nənəsinin dərmaını içib və özü də yüksək miqdarda".
R.Mirzəyeva mərhumun hadisədən əvvəl xəstələndiyini və 3 gün dərsə gəlmədiyini də vurğulayıb:
"Fərəh atasız uşaq idi. Biz ailə məsələlərinə qarışmırıq. Bəlkə, onun evinin içində problemlər vardı?! Sadəcə olaraq, biz bunlardan xəbərsizik. Məktəb yoldaşları ilə də mehriban olub, hamı onun xətrini çox istəyirdi. Indi bütün məktəb şokdadır".
Qeyd edək ki,F.Yaqubova jurnalist, publisist, naşir Oqtay Əliyevin (Ərgünəş) nəvəsidir. O, evin tək övladı idi.