"Hər şey daxil verilişi klarnet ifaçısı Hüseyn Məhəmmədoğlunun evində qonaq olub.
Unikal.org-un məlumatına görə, xanımı İnci musiqiçi ilə bağlı danışıb. O bildirib ki, Hüseyn işinə görə uşaqlara az vaxt ayırır:
"O, heç evdə yemək yemir.
H.Məhəmmədoğlu Həcc ziyarətindən qayıtdıqdan sonra xasiyyətində dəyişiklik etdiyini deyib:
"Sakit oldum, ciddi davrandım. Məni qınadılar ki, bu nədir, özünü dağ başına qoymusan? Başa düşdüm ki, şən olmağım insanlara daha xoşdur.
Klarnet ifaçısı ciddi pəhrizə başladığını da bildirib.(axşam.az)