Türkiyənin Sulakyurt mahalının Güzelyurt kəndində fermer təsərüfatı ilə məşğul olan Məsud Karcının 24 iri buynuzlu heyvanı elektrik cərəyanın vurması nəticəsində ölüb.
Unikal.org xəbər verir ki, bu gün səhər səhər saatlarında yem vermək üçün girdiyi tövlədə heyvanların öldüyünü görüb.
Fermer 15 ay əvvəl bankdan aldığı kredit hesabına heyvanları aldığını və hazırda böyük kədər hissi keçirdiyini deyib.
Fermer bildirib:
"Tövlənin giriş qapısında işıq çəkmişdim. Elektrik kabeli küləyin təsiriylə qırılmış və beləliklə tövlənin içinədə inəklərin yemlənməsi üçün qurulan dəmir su qablarına elektirik keçib. Heyvanlar zəncirlərə bağlı olduğu üçün elektrik cərəyanından ölüblər".