Türk kinosunun tanınmış simalarından olan Mete Dönmezer vəfat edib.
Unikal.org-un türkiyə mətbuatına istinadən məlumatına görə, "Yeşilçam" dövründə çoxlu ekran işində rol alan Mete daha sonra "Kaynanalar" serialındakı "Şoför Dursun" obrazı ilə məşhurlaşıb.
69 yaşında vəfat edən aktyorun bir müddət əvvəl iflic olduğu və həyatının son illərini qocalar evində keçirdiyi üzə çıxıb.