Bakıda iki qız itkin düşüb. 

Unikal.org-un Lent.az-a istinadən məlumatına görə, Binəqədi rayon Rəsulzadə qəsəbəsində yaşayan 19 yaşlı Ayşən Yunusova (ad və soyadlar şərtidir) noyabrın 7-də saat 08 radələrində evdən çıxıb və bir daha geri qayıtmayıb. Bundan başqa Biləcəri qəsəbəsindəki hərbi şəhərcikdə yaşayan 18 yaşlı Səbinə Səmədova noyabrın 14-də itkin düşüb.

Bildirilir ki, hər iki qızın itkin düşməsi ilə bağlı polisə anaları müraciət edib. Onlar qızların fotolarını və xarakterik əlamətlərini polisə təqdim ediblər.
Axtarış tədbirləri həyata keçirilir.