AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun direktoru, fəlsəfə üzrə elmlər doktoru, professor İlham Məmmədzadə institutun keçmiş əməkdaşı İlham Mirzəyev mediada professor, elmlər doktoru kimi təqdim edilməsinə münasibət bildirib.

Unikal.org xəbər verir ki, direktor apa-ya müsahibəsində deyib ki, İlham Mirzəyev professor deyil:

"O, psixologiya üzrə elmlər namizədi, psixoloqdur. Onun özünü professor kimi təqdim etməsi yaxşı hal deyil. Bilirsiniz, ümumən ad, o cümlədən elmi ad şəxsiyyəti ucaltmır, şəxsiyyət adı ucaldır. Əgər hansısa elmi və ya fəxri adı olmayan insan iddia edirsə ki, o bu adın sahibidir, bu özü-özlüyündə sual doğurur. Sualların ən başlıcası isə odur ki, belə addım atan insan nə məqsəd güdür? Bəlkə yüksək adın kölgəsində gizlənərək cəmiyyətdə nüfuz qazanmaq istəyir? Dəqiq deyə bilmərəm. Amma hər halda telekanalda veriliş hazırlayarkən dəvət etdikləri adam barədə dolğun məlumat əldə etməlidirlər. Əks halda veriliş konkret şəxslərin arzuolunmaz reklamına çevrilir".